Özbəkistanın qeyri-adi xəritəsi hazırlanıb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Özbəkistanın qeyri-adi xəritəsi hazırlanıb - FOTO

17:27 - 08 / 03 / 2016
Özbəkistanın qeyri-adi xəritəsi hazırlanıb - FOTO

Daşkənddəki “Samarkand darvaza” ticarət mərkəzində quru meyvə, paxlalı və dənli bitkilərdən Özbəkistanın xəritəsi hazırlanıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, uzunluğu 6, eni 3 metr olan qeyri-adi xəritənin hazırlanmasında 20 adda quru meyvə, paxlalı və dənli bitkilərdən istifadə edilib.

Buraya ərik qurusu, sarı və qara kişmiş, qoz, fındıq, badam, ağ və qırmızı düyü, müxtəlif rəngdə olan lobyalar, həmçinin şirniyyatlar daxildir.

Xəritənin ideya müəllifləri tanınmış aşpazlar Baxriddin Çustiy və Zabixullo Tairov həmçinin Özbəkistanın Restoran Biznesi Akademiyasıdır.

“İnterrekord” Beynəlxalq Rekordlar Agentliyinin ekspertləri xəritəni yeni kulinariya rekordu kimi qeydə alıb.

1news.az

 

Paylaş:
1134

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər