Evdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Evdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

09:51 - 08 / 03 / 2016
Evdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları evdə bağlı qalan şəxsi xilas ediblər.

1news.az-ın məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşı aidiyyati üzrə təhvil veriblər.

1news.az

 

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər