Nazirlər Kabineti Azərbaycan ərazisində tranzit yükdaşımalara güzəştli tariflərin tətbiqi qaydalarını nəzərdən keçirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazirlər Kabineti Azərbaycan ərazisində tranzit yükdaşımalara güzəştli tariflərin tətbiqi qaydalarını nəzərdən keçirir

16:53 - 09 / 03 / 2016
Nazirlər Kabineti Azərbaycan ərazisində tranzit yükdaşımalara güzəştli tariflərin tətbiqi qaydalarını nəzərdən keçirir

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Nazirlər Kabinetinə tariflərin müəyyənləşdirilməsi qaydaları, həmçinin, Azərbaycan ərazisindən tranzit yükdaşımaya güzəştli tariflərin tətbiqi qaydalarını hazırlayaraq təqdim edib.

1news.az-ın məlumatına görə, bu haqda iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib. Onu sözlərinə görə, hal-hazırda sənəd müzakirə mərhələsindədir. ”Yaxın vaxtlarda sənədin təsdiq olunacağı gözlənilir”,- S.Babayev bildirib.

Nazir müavini qeyd edib ki, yükdaşımaya  vahid və şəffaf tariflərin müəyyən edilməsi biznes mühitin yaxşılaşmasına, Azərbaycan iqtisadiyyatına yatırımların artmasına kömək edəcək.

Məhsul istehsalı, İdxal-ixrac əməliyyatları, həm də yükdaşımalarla məşğul olan hər bir iş adamı Azərbaycan ərazisindən yüklərin daşınmasınınvahid tarifini  biləcək. Buna uyğun olaraq, o, gələcək gəlirləri və xərclərini hesablaya həm də onların dəyişməyəcəyinə əmin ola biləcək.

"Bu əcnəbi iş adamlarına da aiddir”,- o, deyib.

Nazir müavini vurğulayıb ki, cəlbedici və rəqabətə davamlı tariflər yükdaşımaların həcmini artırmaqla yanaşı Azərbaycanın tranzit potensialının reallaşdırılmasına imkan yaradacaq.

Xatırladaq ki, 21 oktyabr 2015-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev “Tranzit yükdaşımalar üzrə Koordinasiya şurasınmın yaradılması haqqında” sərəncam imzalayıb.

Bu struktur dəmir yolu, dəniz nəqliyyatı, Dəniz portları və dəniz terminalla ilə  tranzit yük daşımaları sahəsində  vahid, sürətli və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədlərin keçilməsi və daşınma prosedurunun asanlaşdırılması, həmçinin bu sahəyə aid olan dövlət qurumlarının fəaliyyətinin koordinasiyası üçün yaradılıb.

Bundan başqa dövlət başçısı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibini təsdiq edib. Şuranın sədri iqtisadiyyt naziri Şahin Mustafayev təyin olunub.

1news.az

Paylaş:
723

Son xəbərlər

Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44
Bütün xəbərlər