Müdafiə naziri NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə naziri NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini ilə görüşüb

17:02 - 09 / 03 / 2016
Müdafiə naziri NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini ilə görüşüb

Müdafiə naziri Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini general Mirko Zulianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın məlumatına görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri işğalçı Ermənistanın bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdid olduğunu, məhz bu səbəbdən də ölkəmizin müdafiə resurslarının əksər hissəsinin düşmən tərəfinin təcavüzkar siyasətinin qarşısının alınmasına yönəldiyini diqqətə çatdırıb.

Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan Z.Həsənov Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial və davamlı mövqeyinin Avratlantik təhlükəsizliyin bölünməzliyi məsələsini gücləndirdiyini, regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib.

NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən general M.Zuliani Əfqanıstandakı əməliyyatlar çərçivəsində Azərbaycan sülhməramlılarının beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə, Əməliyyat İmkanları Konsepsiyası proqramında fəal iştirak etdiyinə, Transformasiya Komandanlığı Qərargahında təmsilçiliyə və ümumilikdə uğurlu əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə NATO arasında mövcud proqramlar daxilində əməliyyat, təlim, treninq, hərbi təhsil, təcrübə mübadiləsi və digər sahələr üzrə tərəfdaşlıq məsələləri, həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
610

Son xəbərlər

Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32
Bütün xəbərlər