Heydər Əliyev adına NEZ-də yenidənqurma layihəsi çərçivəsində növbəti müqavilə imzalanıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əliyev adına NEZ-də yenidənqurma layihəsi çərçivəsində növbəti müqavilə imzalanıb - FOTO

19:42 - 11 / 03 / 2016
Heydər Əliyev adına NEZ-də yenidənqurma layihəsi çərçivəsində növbəti müqavilə imzalanıb - FOTO

SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində martın 11-də zavod ilə Amec-Foster Wheeler/SOCAR-Foster Wheeler alyansı arasında İlkin Detallı Layihələndirmə (FEED) işlərinin icrası ilə əlaqədar FEED müqaviləsi imzalanıb.

1news.az-a SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkətin baş ofisində keçirilən imzalanma mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Amec-FW” şirkətinin Cənubi Avropa üzrə prezidenti, SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin İdarə Heyətinin üzvü Marko Moresko, hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər.

SOCAR-ın prezidenti R.Abdullayev Heydər Əliyev adına NEZ-də həyata keçiriləcək yenidənqurma işlərinin əhəmiyyətindən danışıb, layihələndirmə və tikinti işlərinin mərhələli olaraq 2019-2020-ci illərdə həyata keçiriləcəyini qeyd edib. SOCAR-ın prezidenti yenidənqurma mərhələsinə daxil olan qurğular üzrə lisenziar şirkətlərlə müqavilələrin imzalandığını və texnoloji layihələndirmə paketlərinin hazırlanma işlərinin artıq yekunlaşmaq üzrə olduğunu söyləyib.

“Amec-FW” şirkətinin Cənubi Avropa üzrə prezidenti Marko Moresko layihənin növbəti mərhələsi olan İlkin Detallı Layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə rekonstruksiya layihələrində böyük təcrübəyə malik “Amec-FW” və SOCAR-FW Mühəndis Xidmətləri Alyansının FEED podratçı qismində işlərə cəlb edilməsindən məmnunluğunu ifadə edib.

Müqaviləni Heydər Əliyev adına neft emalı zavodunun direktoru Elman İsmayılov, “Amec-FW” şirkətinin kommersiya əməliyyatları üzrə direktoru Enzo Gioviale və SOCAR-FW Mühəndislik Xidmətləri birgə müəssisəsinin baş direktoru Elməddin Dadaşov imzalayıblar.

Qeyd edək ki, “Amec-FW” artıq SOCAR-ın “Star” layihəsində əvvəlcə FEED podratçı qismində, hazırda isə PMC qismində işlərə cəlb edilib. Eyni zamanda, “Amec-FW” SOCAR ilə yaradılan birgə müəssisəsi vasitəsilə Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQENKK) layihəsində bir sıra mühəndislik işlərini, Heydər Əliyev adına NEZ-də isə ilkin mühəndislik işlərini həyata keçirib. Birgə müəssisənin yaradılmasında əsas məqsəd yüksək ixtisaslı yerli kadrların hazırlanmasıdır. Birgə müəssisənin Azərbaycanda cəlb olunduğu bütün layihələrdə yerli kadrlar üçün “Amec-FW” şirkətinin Milan ofisində təlimlər təşkil edilir.

1news.az

Paylaş:
1120

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər