“Kəpəz”in futbolçusuna qadın azarkeşdən erotik “hədiyyə” - FOTO | 1news.az | Xəbərlər
Futbol

“Kəpəz”in futbolçusuna qadın azarkeşdən erotik “hədiyyə” - FOTO

13:47 - 14 / 03 / 2016
“Kəpəz”in futbolçusuna qadın azarkeşdən erotik “hədiyyə” - FOTO

Dünən Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində “Kəpəz”in evdə “Xəzər Lənkəran”ı məğlub etməsindən sonra sosial şəbəkələrdə maraqlı bir şəkil yayılıb.

1news.az-ın Futbolinfo.az-a istinadən verdiyi xəbərə görə, Gəncə klubunun formasını geyinmiş və qurşaqdan aşağısı lüt olan bir xanım “Facebook” profilində əlində “Kəpəz”in şərfi olan şəkil paylaşıb.

Anya adlı xanımın rus dilində “Tural Rzayev - söz verdiyim kimi” başlığıyla paylaşdığı bu şəkil sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Məsələ ilə bağlı səbəbkarla – həmin gün qol vurub belə “hədiyyə” almış Tural Rzayevlə əlaqə saxladıq:

“Vallah, o qızı tanımıram, bilmirəm kimdi, nəçidi. Heç əlaqəm də yoxdu. Sadəcə, kimsə mənim adımdan istifadə edir. Amma bütün saytlar yazır ki, guya mənim o qızla əlaqəm var, əvvəlcədən razılaşmışıq. Kimin işi olduğunu bilmirəm, amma çirkin əməldi”.

1news.az

 

Paylaş:
1377

Son xəbərlər

Bütün xəbərlər