“Fitch Ratings” PAŞA Bankın yüksək reytinqini təsdiq edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Fitch Ratings” PAŞA Bankın yüksək reytinqini təsdiq edib

15:49 - 14 / 03 / 2016
“Fitch Ratings” PAŞA Bankın yüksək reytinqini təsdiq edib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın ən iri banklarından biri – PAŞA Bankın reytinqini təsdiq edib.

Belə ki, Bankın uzunmüddətli emitentin defoltu reytinqini  (EDR) "BB-", qısamüddətli EDR isə "B" səviyyəsində təsdiq edilib. Bankın dayanıqlıq reytinqi "B+", dəstək reytinqi isə "3", uzunmüddətli EDR-in saxlanılması səviyyəsi "BB-" səviyyəsində təsdiq olunub.

1news.az-ın verdiyi xəbərə görə, PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, real sektorun etibarlı partnyoru olan Bankın fəaliyyəti 2015-ci ildə iqtisadiyyatda baş vermiş dəyişiklikləri nəzərə alaraq kifayət qədər uğurlu olub və bu, beynəlxalq agentliyin təsdiq etdiyi reytinqdə öz əksini tapıb.

“Regionda müşahidə olunan gərgin makroiqtisadi fona baxmayaraq, “Fitch Ratings” Bankımızın güclü bazar mövqelərini təsdiq edir. “Azərbaycan-Gürcüstan-Türkiyə” iqtisadi üçbucağı çərçivəsində PAŞA Bank gələcəkdə də öz müştərilərinə hərtərəfli dəstək göstərəcək və onlara işlədikləri ölkələrdə öz biznesləri üçün rəqabət üstünlüklərini əldə etməyə kömək edəcək”, - T.Kazımov bildirib.

Xatırladaq ki, 2015-ci ildə “Fitch Ratings” PAŞA Bankın reytinqini “В+”-dan “ВВ-”-dək yüksəldilməsi haqqında qərar qəbul etmişdir. Bu reytinq Azərbaycan bankları arasında ən yüksək reytinqlərdən biridir.

PAŞA Bank 2007-ci ildə təsis olunmuş bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 400 çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012 və 2013-cü il çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunub, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan “Kapital Bank” da PAŞA Şirkətlər Qrupuna aiddir.      

1news.az

Paylaş:
653

Son xəbərlər

Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44
Bütün xəbərlər