Gürcüstan XİN rəhbərinin ABŞ-a səfəri başlayır
Gürcüstan xarici işlər naziri Mixeil Canelidze martın 14-18-də ABŞ-a səfər edəcək.
1news.az-ın verdiyi xəbərinə görə, bu barədə Gürcüstan XİN-in məlumatında deyilir.
“Gürcüstanın xarici işlər naziri səfər çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri və Ağ Ev rəsmiləri ilə görüşəcək. Həmçinin nazirin Senat və Konqresdə danışıqları nəzərdə tutulub”, - məlumatda qeyd olunur.
Bundan başqa M.Canelidze ölkənin aparıcı elm mərkəzləri vəqeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək, ABŞ Atlantik Şurasında çixiş edəcək.
1news.az
641