Narkotik maddə satan Balakən sakinləri tutuldular
Narkotik maddə satan Balakən rayon sakinləri tutulublar.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qullar kənd sakini Tural Nəsibov 475,37 qram marixuananı satarkən tutulub. Onun üstünə baxış zamanı əlavə 14,51 qram marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə T.Nəsibova narkotik vasitəni satmış rayon sakini İlqar Sarıyev də tutulub, ondan 9,28 qram marixuana götürülüb.
İ.Sarıyevin evinə baxış zamanı isə dibçəklərdə kultivasiya yolu ilə yetişdirilmiş 73 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.
1news.az