“AAGRO” şirkətinin yeni saytınının təqdimatı keçirildi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AAGRO” şirkətinin yeni saytınının təqdimatı keçirildi - FOTO

10:30 - 18 / 03 / 2016
“AAGRO” şirkətinin yeni saytınının təqdimatı keçirildi - FOTO

Martın 17-də Park İnn Hotelində “AAGRO” şirkətinin yeni saytının və loqotipinin təqdimatı baş tutdu.

Təsisçisi Xəzər Beynəlxalq İnvestisiya Şirkəti olan “AAGRO” şirkəti fəaliyyətə 2010-cu ildə başlayıb. Azərbaycanda və Qafqazda kənd təsərrüfatı məhsullarının, əsasən də kahı növlərinin istehsalı, emalı – yəni təmizlənməsi, doğranması, rəndələnməsi, qablaşdırılması və satışında lider olan şirkət, Abşeronda və Azərbaycanın müxtəlif bölgələrində iri torpaq sahələrinə malikdir. Qida təhlükəsizliyi sahəsində yerli və beynəlxalq sertifikatları olan “AAGRO” (İSO 22000:2005 və FSSC 22000) Bakı şəhərində qida sahəsində fəaliyyət göstərən fast food, restoran və hotellərin etibarlı tərəfdaşıdır.

Şirkətin yenilənmiş loqotipi və saytı müştərilərin istifadəsinə təqdim olunub. Təqdimatda “AAGRO”-nun müştəriləri, yerli və beynəlxalq səviyyədə tanınan brendlərin – McDonalds, KFC, Papa Johns, Hilton, Marriot, Fairmont hotellərin nümayəndələri iştirak ediblər. 

Şirkətin yeni saytı aagro.az – müştərilərinə Azərbaycanda ilk dəfə olaraq meyvə-tərəvəz məhsullarının online sifarişi, sifarişlərin arxivləşdirilərək statistikaların aparılması, “tədbir üçün özəl” satışların təşkil olunması imkanını yaradır. “AAGRO”-nun təqdim etdiyi məhsullar qida və xidmət sahəsində yüksək standartlarla fəaliyyət göstərən şirkətlərin istehsalat işlərini asanlaşdırır, xərclərinin aşağı düşməsinə təsir edir və ən əsası – qida təhlükəsizliyi standartları və normativlərinə uyğun fəaliyyətinə dəstək olur.

Saytın özəlliklərindən biri də, Korporativ Sosial Məsuliyyət siyasətinə diqqət yetirən şirkətlər üçün unikal imkanın təqdim olunmasıdır. Saytda “1 Qutu Hədiyyə Et!” bolməsində “AAGRO”-nun müştəriləri Abşeron rayonu ərazisindəki uşaq evlərinə meyvə və tərəvəzlərin ianə olunmasını təşkil edə bilərlər. Sifarişləri ilə bərabər, 1 qutu hədiyyə də seçərək, şirkətlər həm özlərinin CSR siyasətini, həm də uşaqlarımızın – gələcəyimizin sağlam inkişafına dəstəklərini vermiş olurlar.

“AAGRO” şirkəti artıq biznes əlaqələri qurduğu müştəriləri ilə yanaşı, yeni partnyorlar ilə də iş birliyi qurmağa və gələcək müştərilərinə özəl və keyfiyyətli məhsulların çatdırılmasını təşkil etməyə hazırdır.  

www.aagro.az

Tel: (+994 12) 310-84-44

Paylaş:
1108

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər