Rusiyada zəlzələ olub
Rusiyanın Kamçatka diyarında 4,4 bal gücündə zəlzələ baş verib.
1news.az-ın TASS informasiya agentliyinə istinadla verdiyi xəbərə görə, yeraltı təkanların episentri Yelizovo şəhərindən 180 km şimalda, ocağı isə 170 km dərinlikdə yerləşib.
Rusiyanın Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinin məlumatına görə dağıntı və zərərçəkən yoxdur.
Sunami təhlükəsi elan edilməyib.
1news.az
823