Belçikadakı terror aktından zərərçəkənlər arasında vətəndaşlarımızın olub-olmadığı müəyyənləşdirilir
Azərbaycanın Brüsseldəki səfirliyinə XİN tərəfindən Brüsseldəki terror aktında zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını müəyyən etmək tapşırılıb.
Bu haqda Azərbaycan XİN-in rəsmi təmsilçisi Hikmət Hacızadə məlumat verib.
"Bununla əlaqədar olaraq səfirlik müvafiq strukturlarla əlaqə saxlayır"- deyə, H.Hacıyev bildirib.
Xatırladaq ki, bu gün Brüssel hava limanında partlayış nəticəsində 17 nəfər həlak olun 20 nəfər yaralanan var. Bu partlayışın ardıyca Brüsseldə metrostansiyalarında da güclü silsilə partlayışlar baş verib.
RİA Novostinin veridiyi məluamta görə, Belçika hökuməti baş verən partlayışların terror aktı olması haqqında açıqlama verib.
Həmçinin partlayışın baş verdiyi hava limanında daha bir partlayıcı qurğunun işə salınmadan aşkarlandığı deyilir.
Brüsseldə Şuman adlı daha bir metro stansiyasında partlayış baş verib. Bu stansiya Avropa komissiyasının və Avropa İttifaqı Şurasının binalarının yaxınlığında yerləşir.
1news.az