Türkiyə ilə Avropa İttifaqı arasında viza rejimi aradan qaldırılacaq | 1news.az | Xəbərlər
Dünya

Türkiyə ilə Avropa İttifaqı arasında viza rejimi aradan qaldırılacaq

10:00 - 22 / 03 / 2016
Türkiyə ilə Avropa İttifaqı arasında viza rejimi aradan qaldırılacaq

Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminin aradan qaldırılmasına dair qərar bu il iyulun 1-dən qüvvəyə minəcək.

1news.az-ın APA -ya istinadən məlumatına görə, bu barədə “Bloomberg” agentliyinə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən yüksək vəzifəli əməkdaşı bildirib.  

Qeyd edək ki, bir neçə gün əvvəl Brüsseldə keçirilən Aİ-Türkiyə sammitindən sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu viza rejiminin iyunun sonunadək ləğv ediləcəyi barədə açıqlama vermişdi.

“İyunun sonunadək, Niderlandın sədrliyinin başa çatmasınadək, viza rejiminin ləğvi üzrə proses bitəcək”, - deyə Ə. Davudoğlu bildirmişdi.

Bununla belə, Fransa prezidenti Fransua Olland qeyd etmişdi ki, qərarın qəbul olunması Türkiyənin Aİ tərəfindən irəli sürdüyü 72 öhdəliyin yerinə yetirilməsindən asılıdır.

1news.az

Paylaş:
433

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər