Fransada baş verən yol qəzası 12 nəfərin ölümünə səbəb olub | 1news.az | Xəbərlər
Dünya

Fransada baş verən yol qəzası 12 nəfərin ölümünə səbəb olub

13:11 - 25 / 03 / 2016
Fransada baş verən yol qəzası 12 nəfərin ölümünə səbəb olub

Fransanın Overn regionunda yük maşını ilə avtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb.

1news.az-ın BBC Russian-a istinadla verdiyi xəbərə görə, avtobusda ölənlərin hamısı İsveçrədən qayıdan portuqaliyalılar olub.

Hadisənin avtobusun yük maşınının hərəkət zolağına keçməsi nəticəsində baş verdiyi bildirilir.

Avtobusun sahibi və yük maşınının iki sürücüsü sadəcə xəsarət alaraq sağ qalıblar.  

1news.az

Paylaş:
821

Son xəbərlər

Bütün xəbərlər