Suriya ilə bağlı danışıqlar prosesi apreldə davam etdiriləcək | 1news.az | Xəbərlər
Dünya

Suriya ilə bağlı danışıqlar prosesi apreldə davam etdiriləcək

16:47 - 25 / 03 / 2016
 Suriya ilə bağlı danışıqlar prosesi apreldə davam etdiriləcək

Suriyada vətəndaş müharibəsinə son qoyulması məqsədilə İsveçrənin Cenevrə şəhərində keçirilən danışıqlar aprelin 9-dan sonra davam etdiriləcək və əsas diqqət siyasi keçid prosesinə yönələcək.

1news.az xəbər verir ki, bu barədə BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bu gün Cenevrədə mətbuata açıqlamasında məlumat verib.

Ötən günlər ərzində BMT-nin Cenevrə bölməsində aparılan danışıqlarda Suriya hökumətini və müxalifəti təmsil edən nümayəndə heyətlərinin görüşü və bu görüşün nə zaman baş tutması barədə razılıq əldə edilməyib. S.de Mistura nümayəndə heyətləri ilə danışıqları ayrı-ayrılıqda keçirməli olub. ABŞ və Rusiyanın xarici işlər nazirləri münaqişə tərəflərini birbaşa danışıqlar üçün görüşməyə çağırıblar.

Suriya hökumətini təmsil edən nümayəndə heyəti ölkə başçısı Bəşər Əsədin siyasi gələcəyinin danışıqların mövzusu olmasına qəti etirazını bildirib. Nümayəndə heyəti apreldəki Cenevrə danışıqlarının gedişindən asılı olmayaraq, aprelin 13-də Suriyada parlament seçkilərinin keçiriləcəyini elan edib və yalnız bundan sonra Cenevrədə danışıqların mümkün olacağını bildirib. Müxalif qruplar isə parlament seçkilərini qeyri-legitim hesab edirlər.

S.de Mistura mətbuat nümayəndələrinə son günlərdə aparılan danışıqların nəticəsinin on iki bəndlik sənəddə əksini tapdığını da bildirib. Sənədin əsas məğzi ölkənin suverenliyinin qorunub saxlanması, heç bir regionun ölkənin tərkibindən çıxmaması və digər məsələlərdir.

1news.az

Paylaş:
666

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər