Fransada yeni terror hücumunun qarşısı alınıb
Fransada yeni terror aktları hazırlamaqda şübhəli bilinən şəxs həbs olunub.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Fransanın DİN rəhbəri Bernar Kaznev bildirib.
Nazirin sözlərinə görə, saxlanılan şəxs Fransa vətəndaşıdır, onun terrorçu şəbəkə ilə əlaqəli olduğu müəyyənləşdirilib.
O, qeyd edib ki, həmin şəxsin həbs olunması yüksək hazırlıq səviyyəsinə gətirilmiş terror aktının qarşısını almağa kömək edib.
Qeyd edək ki, bundan əvvəl Brüsseldə xüsusi əməliyyat zamanı 6 nəfər həbs olunub.
1news.az
780