Suriya ordusu Palmir şəhərini azad edib
Suriya ordusu Palmir şəhərini tamamilə azad edib.
APA-nın məlumatına görə, bu barədə “Alğ-Maədin” telekanalı məlumat yayıb.
Qeyd edək ki, martın 25-dəSuriya ordusu İŞİD terrorçularını sıxışdıraraq Palmir şəhəri yaxınlığındakı hava bazasını nəzarətə götürmüşdü.
Xatırladaq ki, paytaxt Dəməşqdən 215 km məsafədə yerləşən Palmir Yunesko-NUN Ümumdunya İrsi siyahısında yer alıb. Şəhər 2015-ci ilin mayından İŞİD-in nəzarətinə keçib. Terrorçular şəhərdəki tarixi abidələrin əksəriyyətini məhv edib.
767