Əhməd Davudoğlu İordaniyada səfərdədir | 1news.az | Xəbərlər
Dünya

Əhməd Davudoğlu İordaniyada səfərdədir

15:59 - 28 / 03 / 2016
Əhməd Davudoğlu İordaniyada səfərdədir

İordaniyanın paytaxtı Əmmanda işgüzar səfərdə olan Türkiyənin Baş naziri Əhməd Davudoğlu Kral II Abdulla ilə danışıqlar aparıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə İordaniya Kralı II Abdulla təsdiq edib ki, İordaniya və Türkiyə Suriya böhranının, xüsusən, bu böhranın hər iki ölkə üçün nəticələri nöqteyi-nəzərindən oxşar çağırış və təhdidlərlə üzləşir.

O, iki ölkə arasında daimi əlaqələndirmələrin və məsləhətləşmələrin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu, onların ümumi mənafeyini müdafiə etməyə, Yaxın Şərq regionunda təhlükəsizliyi və sabitliyi qoruyub saxlamağa imkan verəcək.

Hüseyniyə Sarayında keçirilən görüşdə regional problemlər, o cümlədən Suriya böhranı və onun siyasi baxımdan hərtərəfli tənzimlənməsi yolları, habelə bu böhranın, xüsusən, qaçqınlar məsələsi ilə bağlı qonşu ölkələrə təsirinin yumşaldılması imkanları müzakirə edilib. Bu kontekstdə beynəlxalq birliyin suriyalı qaçqınları qəbul edən ölkələrə, ilk növbədə İordaniyaya və Türkiyəyə münasibətdə olan öhdəliklərinə sadiq qalmasının zəruriliyi vurğulanıb.

Tərəflər Yaxın Şərqin və dünyanın təhlükəsizliyi üçün terrorizm təhdidləri məsələlərini müzakirə ediblər. Müxtəlif regional və beynəlxalq tərəflər arasında kompleks yanaşma və daimi əlaqələndirmə çərçivəsində bu təhdidlərə qarşı mübarizədə səyləri fəallaşdırmağın əhəmiyyəti vurğulanıb.

Geniş tərkibdə görüşdə Türkiyədə törədilən terror aktlarını bir daha pisləyən Kral II Abdulla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, qardaş türk xalqına və günahsız qurbanların ailələrinə başsağlığı verib.

Danışıqlar zamanı İordaniya-Türkiyə münasibətlərinin yüksək səviyyəsi və bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını Krala çatdıran Baş nazir Əhməd Davudoğlu ikitərəfli münasibətlərin yüksək səviyyəsindən razılığını bildirib. O, Türkiyənin İordaniya Krallığı ilə bütün sahələrdə əməkdaşlığın möhkəmlənməsinə maraq göstərdiyini bildirib.

Elə həmin gün Ə.Davudoğlu İordaniyanın Baş naziri Abdulla Ansurla görüşüb. Görüşdə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Baş nazirlərin ikitərəfli görüşü başa çatandan sonra Türkiyə ilə İordaniya arasında əməkdaşlıq haqqında protokollar imzalanıb.

İki ölkə arasında sosial müdafiə, sənaye, ticarət, metrologiya, meşə təsərrüfatı, aviasiya və dəmir yolu daşımaları sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA) və Hicaz Dəmir Yolu İdarəsi arasında Hicaz dəmir yolu stansiyasının bərpa edilməsi barədə müqavilə imzalanıb.

“Anadolu” agentliyinin baş direktorunun müavini və baş redaktoru Metin Mutanoğlu və “Petra” dövlət informasiya agentliyinin baş direktoru Feysəl əl-Şbul əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

1news.az

Paylaş:
564

Son xəbərlər

AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19
Bütün xəbərlər