Tramp səkkizinci dəfə baba oldu - FOTO
ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Donald Trampın qızı İvanka üçüncü övladını dünyaya gətirib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu, milyonçunun sayca səkkizinci nəvəsidir.
Məlumata görə, Tramp həftələrlə qızına Ayova, Nyu-Hempşir və ya Cənubi Karolinada doğmağı yalvarıb. Ötən bazar ertəsi Amerika-İsrail komitəsinin ictimai əlaqələrləgörüşündə çıxış edən Tramp bəyan edib ki, onun qızı iudaizmi qəbul edib və tezliklə ecazkaryəhudi körpəsi dünyaya gətirəcək.
Doğulan körpəyə Teodor Ceyms adı verilib. İvanka sosial şəbəkələrdə yeni doğulmuş körpənin fotosunu paylaşıb.
“Körpə Teodor. Qəlbim fərəhlə dolur”- deyə, İvanka Twitter-də paylaşıb.
1news.az
Baby Theodore. My heart is full. xx, Ivanka #grateful pic.twitter.com/aOux7Nm3BU — Ivanka Trump (@IvankaTrump) March 28, 2016