ABŞ Konqresinin binasında atışma baş verib
Martın 28-də Ağ ev və ABŞ Konqresi binasının ətrafında yollar bağlanıb və bir neçə saat ərzində əraziyə giriş qadağan edilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə əsasan, yerli xəbər agentliklərinin məlumatına görə, buna ABŞ Konqresi binasının turizm mərkəzində baş verən atışma səbəb olub.
İlkin xəbərə görə, atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib. Atışma nəticəsində bir qadın yüngül yaralanıb. Xəsarət alan şəxsin vəziyyəti barədə hələlik dəqiq məlumat yoxdur. Təxminən eyni vaxtda polis Ağ evin hasarı ətrafında daha bir nəfəri həbs edib. Dərhal polis tərəfindən Ağ ev və Konqresin binası əhatəyə alınıb.
1news.az
605