Putinin ABŞ-da keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitinə getməməsinin səbəbi məlum oldu
Kreml prezident Vladimir Putinin ABŞ-da keçiriləcək nüvə sammitinə getməməsinin səbəbini açıqlayıb.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, buna səbəb sammitə hazırlıq çərçivəsində müəyyən qarşılıqlı fəaliyyət çatışmazlığıdır.
"Bununla yanaşı, Moskva hesab edir ki, nüvə təhlükəsizliyi məsələsi ümumi və birgə səylər, maraqlar və mövqelərin qarşılıqlı nəzərə alınmasını tələb edir", -deyə o qeyd edib.
Qeyd edək ki, Nüvə Təhlükəsizliyi Sammiti 31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək. Sammitdə 50-dən çox ölkənin prezidenti iştirak edəcək. Sammitdə əsas müzakirə mövzusu nüvə terrorçuluğuna qarşı mübarizə olacaq.
1news.az
663