Türkiyə prezidenti Vaşınqtona səfər edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşınqtona gəlib.
1news.az Anadolu Ajansına istinadən xəbər verir ki, prezidentini Vaşınqton hava limanında Türkiyə xarici işlər naziri Mövlud Cavuşoğlu, Türkiyənin Vaşınqtondakı səfiri Sərdar Kılıç, və digər rəsmi şəxslər qarşılayıb.
Prezident R.T.Ərdoğan hava limanından St. Regis mehmanxanasına yola düşüb.
Mehmanxananın qarşısında president Türkiyənin ABŞ-dakı diaspora nümayəndəli milli bayraqlarla qarşılayıb.
Türkiyə prezidenti otelin qarşısında jurnalistlərlə danışıb. Söhbət edərək bildirib ki, burada olduğa müddətdə nüvə təhlükəsizliyi Sammitində və Türkiyə-Amerika mədəniyyət mərkəzinin açılışında iştirak edəcək.
ABŞ-qa səfəri zamanı Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, energetika və təbii resurslar naziri Berak Albayrak, ailə və sosial siyasət məsələləri naziri Sema Ramazanoğlu, gənclər və idman naziri Akif Çağatay, iqtisadiyyat naziri Mustafa Elitaş müşayiət edib.
Xatırladaq ki, Türkiyə prezidenti 31 mart- 1 aprel tarixlərində Vaşıənqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.
1news.az