İntiqam Rüstəmov Rusiyada azərbaycanlı avtoritetlərin “sxodkası” zamanı tutulması haqqında açıqlama verdi-FOTO-VİDEO-YENİLƏNİB

Mexnaçı İntiqam Rüstəmov Yekaterinburqda baş verən hadisədən danışdı.
“Biz çıxış etdiyimiz zaman zaman maskalı şəxslər daxcil oldu. Bizi saxlasalar da tanınmış olduğumuza görə azad etdilər. Hətta maskaları çıxarıb bizimlə şəkil çəkdirdilər. Bizdən əlavə orada meyxanaçı Nicat Mənalı da iştirak edirdi. Olan oldu və keçdi. Bizim kim olduğumuzu biləndən sonra azad etdilər və üzr istədilər.
Mən Rusiyada böyüyən insanam və belə hallar mənə pis təsir etmir, bu adi hadisədir. Atışma olmayıb, sadəcə kimsə nə isə edib, bundan xəbərim yoxdur və məni maraqlandırmır. Maskalı şəxslər məkanı tərk etdikdən sonra tədbir davam edib”, -deyə, Lent.az-a müsahibəsində İntiqam Rüstəmov deyib.
Xatırladaq ki, Sverdlovsk polisi Rusiya Federal Təhlükəsizlik Xidməti ilə birgə əməliyyat keçirərək Yekaterinburqa gələn Ural və Prikamyanın bütün kriminal avtoritetlərinin yığışdığı tədbirdə 200 nəfəri saxlayıb.
1news.az
16:18
Aralarında tanınmış meyxanaçıların da olduğu 100-ə yaxın azərbaycanlı saxlanılaraq, bir qədər sonra sərbəst buraxılıb
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara məxsus restoranda azərbaycanlı iş adamının 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirə yerli polis xüsusi təyinatlıları tərəfindən basqın edilib.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə martın 30-da saat 21:00 radələrində baş verib. Polis aralarında qadın və uşaq da olmaqla, 100-ə yaxın azərbaycanlını saxlayıb. Onların arasında Azərbaycandan dəvət edilmiş tanınmış meyxanaçılar Ehtiram və İntiqam Rüstəmov qardaşları da olub.
Əməliyyat cverdlovsk polisi və Federal Təhlükəsizlik Xidmətinin bigrə reydi nətixəsində baş tutub. Qeyd olunur ki, tədbirə bütün Ural və Prikamyadan gələn avtoritetlər yığılmışdı.
Hadisə iştirakçılarından olan M. Ağamuradov deyib ki, şəhərdə yaşayan azərbaycanlıların - təxminən 160 nəfərin iştirak etdiyi məclis Ağayar Ağayev adlı iş adamının yubileyinə həsr olunub: “Hər hansı problem və ya narahatlıq yox idi. Məclisin ortasında qəflətən pəncərədən və qapıdan xüsusi təyinatlılar bizə hücum etdilər. Hər tərəfi dağıdıb, qadın-uşaq qarışıq, əllərimizi bağlayaraq yerə yıxdılar. 100-ə yaxın azərbaycanlını, mən də daxil olmaqla, polis idarəsinə apardılar. Səhərədək saxlayıb, sonra sərbəst buraxdılar. Heç bir səbəb də göstərmədilər. Sadəcə, saxlanılanları səhərə qədər beş-beş, on-on sərbəst buraxaraq dedilər ki, gedə bilərsiniz. İndiyə qədər belə bir şey olmamışdı”.
Qeyd edək ki, hadisə barədə Rusiyanın xəbər agentlikləri də məlumat yayıb. Lakin bu məlumatlarda polisin kriminal avtoritetlərin yığıncağına müdaxilə etdiyi iddia olunur. Xüsusi əməliyyata Federal Təhlükəsizik Xidmətinin əməkdaşları da cəlb edilib. Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, əməliyyat zamanı hadisə yerində narkotikə oxşayan maddə, habelə bıçaq və dəyənək aşkarlanıb.
Yerli mətbuatın xəbərinə görə, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən “Qulyaki” kafesində kriminal “sxodka” keçirilirmiş. İddia olunur ki, tanımış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski Ural regionuna “nəzarətçi” kimi öz adamını - Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Kafedə həm bu münasibətlə, həm də Ağayar Ağayevin ad günü ilə əlaqədar mərasim təşkil olunub. Mərasimə regionun kriminal avtoritetlərinin toplaşdığı bildirilir və bu sırada Perveuralskdan gəlmiş Əli adlı “qanuni oğru”, Vaqif (Kamışlovo), “Yuqra Cavanşir” və digər avtoritetlərin adı çəkilir. A. Ağayev ad gününü təntənəli keçirmək üçün Bakıdan da qonaqlar dəvət edib. Ehtiram və İntiqam Rüstəmov qardaşlarından başqa, Aqşin, Nicat Mənalı kimi meyxanaçılar, habelə “Oqni Baku” qrupu da dəvətli olub.
1news.az