Monteneqro prezidenti: “TANAP və TAP Azərbaycanın Balkan regionunun inkişafına sadiqliyinin göstəricisidir” - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Monteneqro prezidenti: “TANAP və TAP Azərbaycanın Balkan regionunun inkişafına sadiqliyinin göstəricisidir” - FOTO

16:53 - 31 / 03 / 2016
Monteneqro prezidenti: “TANAP və TAP Azərbaycanın Balkan regionunun inkişafına sadiqliyinin göstəricisidir” - FOTO

Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərləri Azərbaycanın Balkan regionunun inkişafına sadiqliyinin göstəricisidir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri Monteneqronun prezidenti Filip Vuyanoviç deyib.

Təbii qaz idxalının ölkəsinin sənayesinin inkişafına mühüm töhfə verəcəyini və əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirən Filip Vuyanoviç qeyd edib:

“TANAP-ın tikintisinin yarıdan çoxu tamamlanıb, TAP-ın inşasına isə yaxın vaxtlarda başlanılacaq. 2018-ci ildən etibarən TANAP-la Türkiyəyə 6 milyard kubmetr, 2020-ci ildən isə TAP-la Avropaya 10 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək”.

Monteneqronun Prezidenti deyib ki, İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline - IAP) isə hələ ki layihə olaraq qalır: “Bu boru kəmərinin Albaniyanın Fier şəhərində TAP-a qoşulması nəzərdə tutulur. İon-Adriatik qaz boru kəməri Albaniyadan başlayaraq Monteneqro, Bosniya və Herseqovinadan keçməklə Xorvatiyanın Split şəhərində başa çatacaq. Lakin bu kəmər növbəti on illiyin ortalarında Azərbaycanın öz dəniz yataqlarından təbii qaz ixracını daha da artırmağı tələb edir”.

Qeyd edək ki, TANAP və TAP Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə birgə “Cənub Qaz Dəhlizi” layihəsinin əsas hissəsini təşkil edir. TAP-ın təməli mayın sonlarında Yunanıstanın Soloniki şəhərində qoyulacaq. Uzunluğu 878 kilometr olacaq bu boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).

TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

İon-Adriatik qaz boru kəmərinin isə 516 kilometr uzunluğunda olması və Albaniyada TAP-a qoşulması nəzərdə tutulur.

1news.az

Paylaş:
831

Son xəbərlər

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06
Bütün xəbərlər