Ermənistan KİV-i: Şahidlər bildirir ki, erməni yaralılarının daşınması üçün vertalyotlar çatışmır | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan KİV-i: Şahidlər bildirir ki, erməni yaralılarının daşınması üçün vertalyotlar çatışmır

00:19 - 03 / 04 / 2016
Ermənistan KİV-i: Şahidlər bildirir ki, erməni yaralılarının daşınması üçün vertalyotlar çatışmır

Erməni KİV-i Ermənistanın Müdafiə Nazirliyini aprelin 1-dən 2-nə keçən gecə qoşunların təmas xəttində həlak olan və xəsarət alanların dəqiq sayını gizlətməkə ittiham edirlər.

“Məlum olduğu kimi, hər bir müharibədə (hazırda baş verənləri nəyinsə qısa hissəsi olmasını adlandırmaq çətindir) itki olur. Azərbaycan Müdafiə Nazirliyini həlak ola şəhidlərinin sayını real olaraq göstərib. Lakin biz – ermənilər, məlum səbəblərdən əvvəl, ilk növbədə həlak olan hərbiçilər və dinc əhali arasında itkilərimizlə bağlı həqiqəti bilməliyik”, - Erməni KİV bu sözləri ölkənin Müdafiə Nazirliyinə ünvanlayıb, bu mətn “Qafqaz onlayn”-da qeyd olunub.

“KİV-ə daxil olan məlumatların bəzi hissələri çıxarılıb. Erməni jurnalsitlər məcbur olaraq vətəndaşlardan daxil olan məlumatları silirlər. Bu mənbələrdə - tibb məntəqlərindən, həlak olanlarla bağlı kilsələrdən şahidlərin sözlərindən daxil olan məlumatladır. Şahidlər dəhşətli sözlər danışırlar, belə ki, erməni yaralılarının daşınması üçün vertalyotların çatışmazlığından, daşınmalar avtomobillə aparılır, bacı və qardaşlarımız yollarda həlak olur, hospitallar tibbi heyyət və dərmanların olmaması səbəbindən yaralıları qəbul edə bilmədiklərindən danışırlar.  

Deyilənlər həqiqət və yalan da ola bilər. Kimisi gördüklərini şişirdə də bilər... Bəs Müdafiə Nazirliyimizin rəsmi bəyanatları hardadır? Onlar yoxdur, kabinet siçanları ağızlarına su alaraq yoxa çıxıblar”, - erməni jurnalistlər tüğyan edir.

“Həqiqət acı olsa da, biz, həqiqəti bilməliyik” – erməni KİV-i tələb edir.

Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi rəsmi İrəvanın dezinformasiya yaymaqda günahlandırıb.

1news.az-ın verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlının sözlərinə görə, həmin videoların erməni tərəfinin öz itkilərini pərdələmək üçün növbəti saxtakarlığıdır.

Videoda göstərilən həlak olmuş əsgərlər yay geyimindədir. Hazırda Azərbaycan Ordusunun şəxsi heyəti qış geyimindədir və ərazidə hava şəraiti yay geyimində gəzməyə imkan vermir.

Videoda göstərilən PUA isə Azərbaycan Silahlı Qüvvələrinin balansında mövcud deyil:

“Azərbaycan Ordusunda bu PUA modeli yoxdur. Bu video erməni tərəfinin növbəti saxtakarlığıdır”.

Xatırladaq ki, hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb.

Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.

Müdafiə Nazirliyi bəyan edib ki, cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək və kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırır.

Bundan əlavə, Müdafiə Nazirliyi Ermənistanın bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yayılan məlumatlar kökündən yalandır, təxribat xarakterlidir və dezinformasiya məqsədi daşıyır.

1news.az

Paylaş:
5781

Son xəbərlər

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10
Bütün xəbərlər