Lavrov və Kerri Dağlıq Qarabağda atəşi dayandırmağa çağırıb
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət Katibi Conn Keri ilə telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
1news.az RİA Novostoyə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, aprelin 4-də Sergey Lavrovla Con Kerri arasında telefon danışığı olub. Hər iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri Dağlıq Qarabağda qarşıdurmanın eskalasiyasından ciddi narahatlıqlarını ifadə ediblər və tərəfləri hərbi əməliyyatların dərhal dayandırmağa çağırıblar.
Bundan başqa ATƏT-in Minsk qrupu həmsədr ölkələri Rusiya, ABŞ və Fransanın səylərinin artırılması barədə razılıq əldə olunub.
Lavrov və Kerri müxtəlif “xarici oyunçuları” Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaq cəhdlərini qınayıblar.
Telefon danışığı ABŞ-ın təşəbbüsü ilə baş tutub.
1news.az