Avropa İttifaqı ilə Ukrayna arasında vizasiz rejim tətbiq ediləcək | 1news.az | Xəbərlər
Dünya

Avropa İttifaqı ilə Ukrayna arasında vizasiz rejim tətbiq ediləcək

11:47 - 11 / 04 / 2016
Avropa İttifaqı ilə Ukrayna arasında vizasiz rejim tətbiq ediləcək

Avropa Komissiyası Niderlandda Ukrayna ilə Aİ arasında imzalanmış assosiasiya sazişi ilə bağlı keçirilən referendumun nəticələrindən asılı olmayaraq apreldə bu ölkə ilə vizasız rejimin tətbiqini təklif edəcək.

1news.az xəbər verir ki, bu barədə “Reuters” Aİ-dəki yüksək vəzifəli şəxsə istinadən yazıb. Mənbə bildirib ki, bu, Niderland vətəndaşlarının fikrinə məhəl qoymamaq kimi görünsə də, Aİ Kiyevə verdiyi vədi yerinə yetirməlidir. O əlavə edib ki, Avropa Komissiyası öz təklifinə miqrant axını zamanı viza rejiminin müvəqqəti bərpasını nəzərdə tutan qoruyucu maddə daxil edəcək.

Xatırladaq ki, Niderlandda keçirilən Ukrayna ilə Aİ arasında assosiasiya haqqında sazişin ratifikasiyasına dair referendumda 38,1 faiz əhali lehinə, 61,1 faizi isə əleyhinə səs verib.

1news.az

 

Paylaş:
661

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər