Türkiyə ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumatlandırılıb - FOTO | 1news.az | Xəbərlər
Dünya

Türkiyə ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumatlandırılıb - FOTO

12:22 - 11 / 04 / 2016
Türkiyə ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumatlandırılıb - FOTO

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bu ölkənin “24 TV” televiziyasına müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən danışıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Türkiyənin digər KİV-inin də yaydığı müsahibədə saxta “erməni məsələsi”, uydurma “Böyük Ermənistan” iddiası, Ermənistan-Azərbaycan münaqişəsini yaradan və həll edilməsinə mane olan səbəblər və s. məqamlar barədə məlumat verilir.

Aprelin ilk günlərindən başlayaraq Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində təcavüzkar tərəfin təxribatları ucbatından gərginləşmiş hərbi qarşıdurmanın nəticələrindən danışan səfir diqqətə çatdırıb ki, düşmənə layiqli cavab verən Azərbaycan ordusu hansı qüdrətdə olduğunu nümayiş etdirib.

Müsahibədə Azərbaycan dövlətinin sülh və humanizm siyasəti, ermənilərin Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdikləri terror aktları, erməni toplumunun Azərbaycan torpaqlarına köçürülməsi siyasətinin məqsədləri kimi məsələlərə aydınlıq gətirilib.

Səfir deyib ki, təcavüzkar Ermənistanın, dünya ermənilərinin, o cümlədən bu mənfur qüvvələri himayə edənlərin hədəfi təkcə Azərbaycan yox, həm də Türkiyədir.

1news.az

Paylaş:
694

Son xəbərlər

Yağış, duman, külək - Baza gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39
Bütün xəbərlər