Ərdoğandan İlham Əliyevin ünvanına növbəti qardaşlıq jesti – FOTO | 1news.az | Xəbərlər
Dünya

Ərdoğandan İlham Əliyevin ünvanına növbəti qardaşlıq jesti – FOTO

16:05 - 14 / 04 / 2016
Ərdoğandan İlham Əliyevin ünvanına növbəti qardaşlıq jesti – FOTO

Azərbaycan prezidentinin mart ayında, iki qardaş xalqın dövlət başçıları arasında dostluq jesti ilə tarixə keçən Türkiyəyə səfərindən sonra Rəcəb Tayiib Ərdoğan növbəti dəfə İlham Əliyevin səfəri zamanı xüsusi münasibət nümayiş etdirib.

1news.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu günlərdə  İslan Əməkdaşlığı təşkilatı (İƏT)-nin İstanbul Sammitində iştirak edən qonaqların şərəfinə verilən yeməyə Türkiyə dövlət başçısı Azərbaycan prezidentinin müşayiəti ilə gəlib.

Təşkilatın baş katibi İyad bin Amin Madani, İƏT-yə üzn ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən rəsmi şam yeməyi Türkiyə prezidenti tərəfindən “Savarona”gəmisində verilib.

Müşahidəçilər bunu növbəti dəfə azərbaycan-türkiyə dostluğunun möhkəmliyi ilə əlaqədar dünya ictimaiyətinə mesaj kimi dəyərləndirib. Bu mənada bir ay öncə baş verən hadisələrə qayıtsaq, Türkiyənin paytaxtında qanlı terror hadisələrinin baş verdiyi zaman Ərdoğan 2 dəfə Bakıya gəlməyi planlaşdırsa da mümkün olmadı. O zaman Azərbaycan prezidenti İlham Əliyev misilsiz qərar qəbul edərək Azərbaycan və Türkiyə arasında  Yüksək Səviyyəli Strateji Əməkdaşlığın V toplantısını Bakıdan Ankaraya köçürülməsi təklifini irəli sürdü.

Azərbaycan liderinin ifadəsi: “Əgər siz Bakıya gələ bilmirsinizsə, mən Ankaraya gələrəm” türk mediyasında geniş əks səda doğurda, hər iki dövlət başçısının bəyanatları iki ölkədə də politoloqların çoxsaylı analitik təhlillərinə rəvac verdi.

Cavab addım olaraq Türkiyə dövlət başçısı Ərdoğan protokol qaydalarını pozaraq İlham Əliyevi təyyarə lgöyərtəsinə qədər yola salıb, prezidentlər çay süfrəsində söhbət edib və Azərbaycan Prezidentinin təyyarəsi hava qalxmayınca Ankaranın Əsənboğa hava limanından ayrılmayıb.

Bütün bunlar həm Azərbaycan, həm də Türkiyə ekspertləri tərəfindən iki xalq arasında həqiqi dostluğun və dövlət liderlərinin “ İki dövlət –bir millət” prinsipinə bağlılı kimi qiymətləndirilib.

Mövzu ilə əlaqədar oxuyun:

Türkiyə prezidentinin cavab jesti: Ərdoğan İlham Əliyevi necə yola saldı – VİDEO – FOTO   

1news.az

Paylaş:
4352

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər