İrəvanda Rusiyaya qarşı etiraz aksiyası: bu, necə olub? – FOTO – VİDEO
Məlum olduğu kimi, dünən İrəvanda Rusiyanın Azərbaycana silah satması ilə bağlı etiraz aksiyası keçirilib.
Aksiya Rusiyanın İrəvandakı səfirliyi qarşısında bitib. Aksiya iştirakçıları digər ölkələrdə yaşayan erməniləri yalnız Azərbaycan səfirlikləri qarşısında deyil, həmçinin Rusiyanın diplomatik nümayəndəlikləri qarşında da mitinqlər keçirməyə çağırıb.
Erməni KİV-inin verdiyi məlumata görə, aksiya iştirakçılarının fikrincə, məhz Rusiya Azərbaycana silah satmaqla regionda vəziyyəti gərginləşdirir. Etirazın digər hissəsi Rusiyada yaşayan ermənilərə ünvanlanıb.
Həmçnini aksiya iştirakçıları Rusiyadan Ermənistanın təhlükəsizlik və milli maraqlarına hörmət etməyi, eləcə də Azərbaycana silah satışını dərhal dayandırmağı tələb ediblər.
Erməni rəhbərliyini Rusiyanın Azərbaycana silah satması ilə bağlı faktlar narahat edir. Bu məsələ hətta Medvedevin Sarkisyanla aprelin 7-də İrəvana səfəri zamanı da səsləndirilmişdi. Lakin Medvedevi səfər zamanı müşayət edən Rusiyanın baş nazirin müavini Roqozin bəyan edib ki, Rusiya Azərbaycana silah satışını strateji müttəfiqi olaraq müqavilə əsasında davam etdirir.
Etirazçılar Rusiya səfirliyinin binasına qəpik və yumurta atıblar. Onların əlində: “Azərbaycana silah satma!”, “Ermənistandan əlini çək!” kimi şüarlar, həmçinin təmas xəttində həlak olan hərbçilərin şəkilləri də olub.
Onlar həmçinin Rusiyanın baş nazirin müavini Roqozinin ünvanına tənqidlər yağdırıblar. Belə ki, Razoqin yaxın günlərdə bəyan edib ki, “müharibə soyuqqanlılıq tələb edir, hansısa bulaşığa yıxılmışların təxribatçılığını deyil”.
Etirazçılar ilk olaraq Ermənistan XİN binasının qarşısında dayanaraq bildiriblər ki, bu qurum özünün tamamilə təcrid edib və buna görə də ölkənin xarici siyasətinə qarışa bilməz.
Ermənistanın hökumət binası qarşısında dayanan etirazçılar baş nazir Ovik Abramyanın Moskvada aprelin 13-də hökumət başçılarının Avrasiya İqtisadi Birliyində iştirakını qınayıblar. Onlar həmçnin Abramyanın erməni rəhbərliyinin növbəti iclasının Moskvada iştirakına da etiraz ediblər.
1news.az