Şimali Koreyada Kim İr Senin ad günündə keçirilən növbəti ballistik raket sınağı uğursuz alınıb
Şimali Koreyanın növbəti ballistik raket sınağı uğursuz alınıb.
1news.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Renxap" agentliyi yazıb.
Sınaq aprelin 15-i səhər, ölkənin ilk prezidenti Kim İr Senin ad gününə təsadüf edib. Məlumata görə, bu, 3 min km. mənzilli "Musudan" raketi ola bilər.
Amerikanın strateji komandanlığı Şimali Koreya raketinin uğursuz buraxılışını izləyib. Məlumatda qeyd olunur ki, buraxılış Şimali Amerika ərazisi üçün təhlükə xarakteri daşımayıb.
Bundan əvvəl KXDR-in Kim İr Senin ad günü münasibəti ilə raket sınaqdan keçirə biləcəyi barədə məlumat verilmişdi.
1news.az
652