Fukuoka şəhərinin küçələrində yaranan sirli köpüyün yanğınsöndürmə vasitəsi olduğu təyin edilib - FOTO | 1news.az | Xəbərlər
Dünya

Fukuoka şəhərinin küçələrində yaranan sirli köpüyün yanğınsöndürmə vasitəsi olduğu təyin edilib - FOTO

10:41 - 17 / 04 / 2016
Fukuoka şəhərinin küçələrində yaranan sirli köpüyün yanğınsöndürmə vasitəsi olduğu təyin edilib - FOTO

Yaponiyanın cənub-qərbində yerləşən Fukuoka şəhərinin küçələrində yaranan sirli köpüyün yanğınsöndürmə vasitəsi olduğu və şənbə günü gecə xüsusi çəndən axdığı müəyyən edilib.

Bu barədə Fukuoka prefekturası yanğınsöndürmə idarəsinin hesabatında məlumat verilib.

Hadisə Yaponiyanın cənub-qərbində üç gündür davam edən silsilə yeraltı təkanlar nəticəsində baş verib. Yanğınsöndürmə üçün nəzərdə tutulan qarışığın saxlandığı çəndə yaranan çat nəticəsində maye küçəyə axıb. Hadisə yerindən həvəskar fotoqrafların çəkib sosial şəbəkələrdə paylaşdığı şəkillər sürətlə yayılaraq müəyyən hay-küyə səbəb olub. Sosial şəbəkələrdən istifadə edənlərin bir çoxunun hadisənin yeri və səbəbləri barədə məlumat yazmaması bunun kütləvi hal alması barədə təsəvvür yaradıb. Bəzi kütləvi-informasiya vasitələri də məlumatı dəqiqləşdirmədən yayıblar.

İstifadəçilər tərəfindən bu məlumatın belə hay-küylə qarşılanacağını gözləməyən “xəbərin” ilk müəllifi artıq dəfələrlə hərəkətinə görə üzr istəyib.

Xəbər verdiyimiz kimi, son günlər Yaponiyanın cənub-qərbini silkələyən zəlzələr hələ də davam edir. Təbii fəlakət nəticəsində 41 nəfər həlak olub, 2 mindən çoxu isə xəstəxanaya yerləşdirilib.

Paylaş:
723

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər