“Küləyə qalib gəl!”. Birinci “Bakı marafonu”nu gözləyərkən... - FOTO
Mayın 1-də Heydər Əliyev Fondunun dəstəyilə “Bakı marafonu-2016” keçiriləcək.
Marafonun uzunluğu 21 kilometr təşkil edəcək – Dövlət Bayraq Meydanından Bakı Olimpiya Stadionuna qədər olan məsafə.
Marafonda iştirak etmək üçün aprelin 25-dək Bakının ticarət mərkəzlərində təşkil olunmuş qeydiyyat məntəqələrində və ya www.bakumarathon.az saytından qeydiyyatdan keçmək olar.
Bunun üçün qeydiyyat formasını, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr həmçnin tələbə biletini) təqdim etməklə, iştirak üçün müvafiq məbləği ödəməlidir.
Qeyd edək ki, tələbələrin iştirakı Heydər Əliyev Fondu tərəfindən ödənilir. Buna görə də tələbələr qeydiyyat zamanı ödəniş etməyəcəklər. Tələbələr qeydiyyat zamanı şəxsiyyəti təsdiq edən sənədin surəti ilə yanaşı, tələbə biletinin surətini də təqdim etməlidirlər.
“Bakı marafonu” həmçinin xeyriyyəçilik xarakteri də daşıyır. Marafondan əldə olunan gəlirlər Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün layihəsinə sərf olunacaq. Marafonun qalibi 3000 manat, ikinci yerin qalibi – 2000 manat, üçüncü yerə sahib isə - 1000 manat mükafatlandırılacaq.
“Bakı marafonu”nun təşkilatçısı “Sport Marketing Group” şirkətidir. Şirkətin baş direktoru Ayaz Əhmədov bu cür tədbirin Azərbaycanda təşkil olunması ideyasının necə yaradığından bəhs edəcək.
“Bakıda son vaxtlar bir sıra möhtəşəm idman yarışları keçirilir. Lakin sadə, peşəkar olmayan insanların iştirakı olan yerli layihələr hələ baş tutmayıb. Ötən ilin dekabrında biz, marafon təşkil edərək Azərbaycanın idman həyatına yenilik gətimək istədik”, - A.Əhmədov bildirir.
Marafona 16 yaşdan yuxarı və sağlamlığı qaydasında olan hər kəs qoşula bilər. Hazırda 3 minə yaxın insan qeydiyyatdan keçib. Marafonda həmçinin tanınmış ictimai xadimlər də iştirak edəcəklərini bildiriblər. Tədbirdə iştirak etmək üçün fiziki şəxslər – 20 manat, hüquqi şəxslər isə - 100 manat ödəməlidir. Marafonun növbəti illərdə də keçirilməsi nəzərdə tutulub. Bu, artıq 42 km əhatə edəcək əsl marafon olacaq”, - A.Əhmədov bildirib.
Marafonun şüarı - “Küləyə qalib gəl!”. Bakı – küləklər şəhəridir. Burada mübarizə yalnız rəqiblərlə deyil, həmçinin özünlə və küləklə də olacaq.
“Bakı marafonu”da iştirak etmək üçün 21 km məsafəni birbaşa qaçmaq lazım deyil. Bu məsafəni piyada olaraq da getmək olar. Ən əsası – böyük bayramın atmosferini hiss etməkdir.
“Biz bu məsafəni 3 saat 50 dəqiqəyə keçdik. İnsanların qaçması mütləq deyil. Bir qədər qaçanda sonra, dayanıb piyada getmək, daha sonra yenidən qaçmağa davam etmək də olar. İştirakçıların su içməyə və güc toplamağa imkanı da olacaq. Bundan əlavə, Olimpiya stadionunda müxtəlif əyləncələrdən ibarət fan-ərazi də olacaq. Buraya giriş hər kəs üçün pulsuzdur”, - “Sport Marketing Group”-un baş dirktoru.
“Bakı marafonu”-nun sponsorları – SOCAR və Azərbaycan Beynəlxalq Bankıdır.
“Bakı marafonu”nda təşkilata kömək məqsədilə məşhur ispan marafonçusu Pedro Nimo da dəvət olunub.
“Mən ilk dəfədir ki, Bakıdayam. Şəhər çox xoşuma gəldi. Mən aprelin 1-dən marafonu təşkil edən qrupa qoşulmuşam. Əvvəlcədən dedim ki, bizim çox az zamanımız var, lakin bu qısa müddət ərzində biz, çox iş görmüşük. Hər şey plana uyğun gedir. Mən fəal olaraq Azərbaycanın hüdudlarından kənarda “Bakı marafonu”nu təbliğ edirəm.
Marafonda iştirak etmək üçün Bakıya xüsusi olaraq əcnəbilər təşrif buyuracaqlar. Lakin az zaman olduğu üçün hər kəs viza ala bilməyəcək. Buna görə də bu dəfə əcnəbilərin güclü axınını gözləmirik. Həmçinin Azərbaycanda çalışan əcnəbiləri də marafona cəlb etmişik. Çox yaxşı martşrut seçilib. Hər ölkədə şəhərin mərkəzində marafon təşkil edilmir. Bu, heç bir pul ödəmədən ölkə üçün yaxşı piardır. Təəssüflər olsun ki, Azərbaycanda hər kəs qaçmağı sevmir. Bulvarda əsasən əcnəbiləri görürəm. Düşünürəm ki, ilk marafondan sonra qaçışla çoxları maraqlanacaq” – ispan bildirib.
Pedro Nimo marafonda təlimatçı olaraq iştirak edəcək.
“21 km – mənim üçün uzun məsafə deyil. Təlimatçılar camaatla birgə qaçacaqlar ki, lazımi məqamlarda iştirakçılara kömək edə bilsinlər”.
Azərbaycanlıların qaçış mükafatı almaq şansı varmı? Yoxsa pyedestalda yalnız əcnəbilər olacaq? Bakı marafonu-klubunun rəhbəri Firdovsi Kərimovun sözlərinə görə, ölkəmizdə mayın 1-də təşkil olunacaq yarışda finişə birinci gələnlər də olacaq.
“Kamandamızda liderlər də var. Bu insanlar 10 marafonda iştirak etmişlərdir. Onları favoritlər hesab etmək də olar. Mən də, küləyə qalib gəlmək üçün əlimdən gələni edəcəyəm (gülür). Azərbaycanda fəal qaçanların sayı 100 nəfərdir. Yalnız Bakıda deyil, həmçinin regionlarda da qaçanlar var. Biz, dünyaya sübut edəcəyik ki, azərbaycanlılar da qaçan millətdir. Ən başlıcası - ənənənin binövrəsini qoymaqdır” – Kərimov bildirir.
“Mən London, Varşava, Madrid, Paris, Pisa və İstanbulda keçirilən marafonlarda iştirak etmişəm. Ötən il 2000 km qaçmışam. Marafon – yalnız qaçış yeri deyil, bu festival və bayramdır. Mən ilk dəfə marafonda qaçanda ilk övladımın dünyaya gələn zaman kövrəldiyim kimi kövrəldim. Bilirəm ki, Pedro Nimonun da bu cür emosiyaları olub.
Bu, sözlə ifadə edilə bilməyən hisslərdir. Bunu yalnız marafonda qaçan adam bilər. Marafon ərzində gözlərinin öznündən bütün həyatın keçir. Sən bir çox çətinliklərdən keçirsən. Qaçmaq insan həyatını dəyişir. Mən əvvələr dolu bədən idim. Qaçmağa başlayandan sonra çəki itirməyə və qidalanmağıma diqqət etməyə başladım” - F.Kərimov bildirdi.
Beləliklə, mayın 1-də 16 yaşdan yuxarı arzu edən hər kəs Dövlət Bayraq Meydanından Bakı Olimpiya Stadionuna qədər olan məsafədə qaçmaq üçün iştirak edə bilər.
Siz də “Küləyə qalib gələ!” bilərsiniz.
1news.az