Yaponiyanın qırıcı təyyarələri il ərzində Çin və Rusiya təyyarələrinə görə 873 dəfə səmaya qalxıblar | 1news.az | Xəbərlər
Dünya

Yaponiyanın qırıcı təyyarələri il ərzində Çin və Rusiya təyyarələrinə görə 873 dəfə səmaya qalxıblar

17:19 - 24 / 04 / 2016
Yaponiyanın qırıcı təyyarələri il ərzində Çin və Rusiya təyyarələrinə görə 873 dəfə səmaya qalxıblar

Yaponiya hərbi-hava qüvvələrinə məxsus qırıcı təyyarələr 2015-ci il ərzində əcnəbi təyyarələrin sərhəd xəttinə yaxınlaşması səbəbindən 873 dəfə həyəcan siqnalı əsasında havaya qalxıblar.

Bu barədə ölkənin özünümüdafiə qüvvələrinin birləşmiş qərargahı məlumat verib.

Məlumatda qeyd edilir ki, hesabat dövründə ekstren uçuşların sayı 70 uçuş azalaraq 873 təşkil edib. Bunların 65 faizi Çin təyyarələrinin, 30 faizi isə Rusiya təyyarələrinin payına düşür. Çin təyyarələrinin yaxınlaşması barədə təhlükə ilə əlaqədar yapon təyyarələri 571 dəfə havaya qalxıblar və bu, ötən ildəkindən 107 dəfə çoxdur. Rusiya təyyarələrinə görə isə ekstren uçuşlar 288 dəfə təşkil edib ki, bu da keçən ildəkindən 185 dəfə azdır.

Qərargah tərəfindən təqdim olunan xəritədə qeyd edilir ki, Çin təyyarələrinin uçuşları əsasən Şərqi-Çin dənizi rayonunda qeydə alınıb. Rusiya təyyarələri isə bütün Yaponiya boyunca uçaraq, əsas diqqəti şimal və şimal-qərb istiqamətinə yönəldirlər.

Birləşmiş qərargah vurğulayıb ki, həmin uçuşlar zamanı Yaponiyanın hava sərhədi heç vaxt pozulmayıb. Yalnız bir dəfə, 2015-ci il sentyabrın 15-də mənsubiyyəti və modeli məlum olmayan təyyarə Yaponiyanın hava məkanını pozub.

Paylaş:
646

Son xəbərlər

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10
Bütün xəbərlər