Avstriyada prezident seçkilərində sağçı-radikal partiyanın namizədi ilk turda qələbə qazanıb | 1news.az | Xəbərlər
Dünya

Avstriyada prezident seçkilərində sağçı-radikal partiyanın namizədi ilk turda qələbə qazanıb

21:31 - 24 / 04 / 2016
Avstriyada prezident seçkilərində sağçı-radikal partiyanın namizədi ilk turda qələbə qazanıb

Aprelin 24-də Avstriyada keçirilən növbəti prezident seçkilərində sağçı-radikal Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer gözlənilmədən bütün rəqiblərini qabaqlayaraq, seçkilərin ilk turunda qalib gəlib.

Yerli vaxtla saat 17-də seçki məntəqələri bağlandıqdan sonra elan edilən ilkin nəticələrə əsasən, Norbert Hofer 36,6 faiz səs toplayıb. Sonrakı yerlərdə Yaşıllar Partiyasının sabiq sədri, müstəqil namizəd Aleksandr Van der Bellen (21,1 faiz) və müstəqil namizəd İrmqard Qriss (18,8 faiz) dayanır.

Ölkənin iki böyük siyasi qüvvəsi olan və koalisiyalı hökumətdə təmsil olunan Avstriya Sosial-Demokratlar Partiyasının (SPÖ) namizədi Rudolf Hundstorfer və Avstriya Xalq Partiyasının (ÖVP) namizədi Andreas Kohl isə müvafiq olaraq 11,3 faiz və 11,2 faiz səslə kifayətlənməli olublar.

May ayında keçiriləcək seçkilərin ikinci turunda Norbert Hoferin rəqibi aprelin 25-də səslərin əksər hissəsi hesablandıqdan sonra müəyyənləşəcək.

Səsvermədə ən son pillədə qərarlaşan tikinti maqnatı Rixard Luqner isə 2,4 faizlə kifayətlənməli olub.

Avstriyada prezident seçkilərində səsvermə hüququna malik 6,38 milyon Avstriya vətəndaşının 68,3 faizi iştirak edib.

Avstriyanın hazırkı Federal Prezidenti Haynts Fişerin səlahiyyət müddəti bu il iyulun 8-də başa çatır.

AZƏRTAC

Paylaş:
615

Son xəbərlər

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10
Bütün xəbərlər