Supermarketləri necə ləkələməli və ya “Azərbaycansayağı Revizorro” haqqında – FOTO - VİDEO
Yaxın günlərdə redaksiyamıza “Tərəzi” layihəsinin aparıcısı və müəllifi Tural Abdullayev müraciət etdi. O, reklam əsasında (kommersiya məqsədli) layihələrindən birini yerləşdirməyi təklif etdi.
Biz, bunu etmək istəmədik, imtinanın səbəbini isə açıq izah etmək qərarına gəldik. Və səbəbi.
Bu cür layihələr, arasında ən məşhuru olan - “Pyatnica” telekanalının Yelena Letuçey ilə “Revizorro” proqramıdır ki, həqiqətən də çox faydalı verilişdir. Burada müxtəlif müəssisələrin müsbət tərəfləri ilə yanaşı, müştərilərin nəzərindən qaçan mənfi tərəfləri də nümayiş olunur (yeri gəlmişkən, elə həmin kanalda supermarketlərə həsr olunmuş “Maqazzino” adlı xüsusi layihə də nümayş olunur).
Lakin başa düşdüyünüz kimi, bu cür verilişi lentə alarkən müəllif maksimal dərəcədə qərəzsiz olmalı və öz tövsiyələrini əsaslandırmalıdır (yaxşı olar ki, video tövsiyə ilə).
“Tərəzi” məsələsində hər şey başqa cür oldu.
Özünü marketinq üzrə ekspert, həmçinin ticarətin müxtəlif sahələrində biznes-konsultant kimi göstərən aparıcı “axtarışlar” aparmaq məqsədilə paytaxt mağazalarına baş çəkir.
Adı çəkilən buraxılış zamanı fəaliyyət Xırdalan ərazisində olan - ARAZ MARKET, BIZIM MARKET, FRESCO, RAHAT və MAKROMART kimi iri supermarketlər tədqiqatın mövzusu olaraq açıqlandı.
Bildiyiniz kimi, biz Yelena Letuçeyin “Revizorro” və Aleksandr Moloçkonun “Maqazzino” kimi layihələrini gözlədiyimiz halda, birdən aşkar etdik ki, çarx sadəcə olaraq 6 dəqiqə davam edir.
Aparıcı yuxarıda adları sadalanan marketlərə daxil olaraq səbəti ərzaqlarla doldurur və bundan sonra ekranda mağazanın “qiymətləndirməsini” nümayiş etdirir. Beləcə mağazanın xidməti, keyfiyyəti, rahatlığı, təmizliyi, həmçinin məhsulun çeşidi diqqətə çatdırılır.
Yəni biz, bütün bu qiymətləndirmənin hansı əsaslarla təyin edilməsini müşahidə edə bilmirik. Sadəcə olaraq, heç nəyə əsaslanmayan öz nəticələrini qeyd etmiş “ekspert” tərəfindən “işarələrlə” məhdudlaşmalı olduq.
Nəticədə böyük boşluq və manipulyasiya edilmə hissi yaranır.
Bütün bunlar ərzağın istifadə müddətinin yoxlanılması, ərzaqların saxlanılma şəraiti, malların yerləşdirilməsi, alıcılar arasında sorğu və inzibatçı ilə heç bir söhbət aparılmadan həyata keçirildi. Bu cansıxıcı çarxa baxarkən, beynində Rusiyanın “Maqazzino” verilişinin fraqmentləri canlanır. Bu verilişdə axtarışlar o dərəcədə ciddi idi ki, hətta dövriyyəyə meyvə və tərəvəzlərdə qatılılığı təyin edən xüsusi aparatlar da qoşulur.
Bəs azərbaycanlı tamaşaçılar eyni verilişdən nə əldə edir? Sadəcə məyusluq. İstər-istəməz düşünürsən – bu veriliş “sifariş” deyil ki? Kimisə təriflədi, kimi isə tənqid etdi...
Görünür müəllif əmindir ki, biz, misal üçün, FRESCO supermarketində vəziyyət acınacaqlıdır və ya hörmətli Tural Abdullayevin reytinqinə görə bu mağaza heç bir müsbət rəyə layiq görülmədi kimi sözlərə inanacağıq. Mənim isə, fikrim başqadır, misal üçün mən, bu supermarketlər şəbəkəsindən razıyam. Bəs o zaman hörmətli “mağaza eksperti” öz haqlılığını necə sübut edəcək?
Lakin RAHAT MARKET (yeri gəlmişkən, bu market də məni məmnun edir) “ekspertin” fikrincə, digər supermarketlərdən fərqli olaraq – rəqiblərinin fonunda onu göstərişli olaraq yüksəltdi və buna görə də əsas prizə - Xırdalanın ən yaxşı supermarketi adına layiq gördü. Ola bilsin ki, o, haqlıdır, lakin sübut hardadır?
Hələ bu, tam deyil. Aparıcının sözlərinə görə, ARAZ MARKET-də ona araşdırma aparmaq üçün müqavimət göstərilib.
Xatırlayın, Yelena Letuçeyin buraxılışlarından birində onu çox restoranın mətbəxindən qovulmasını, hiddətlənən inzibatçıların polisə zəng etməsini, operatorun kamerasını əlindən alınmasını, hətta aparıcını qapı arxasına qoyulmasını. ARAZ supermarketi məsləsində biz, qolların burulması və ya kobud ifadələrə rast gəlmədik.
Bizə sadəcə olaraq şübhəli epozod təqdim edildi. Burada kamera xaotik şəkildə havaya yönəlir, məcburi saxlanılmadan heç bir əlamət yoxdur. Bundan sonra isə Tural Abdullayev faciəvi səslə xəbər verir ki, mühafizəçilər rəhbərliyə əsaslanaraq çəkiliş qrupunu mağazadan qovdu. Və yenə də tamaşaçılara inandırıcı danışmayan aparıcının sözlərinə inanmaq təqdim olunur.
Bu quruluşlu çarx mağazalarda “eyni” məhsula sərf edilmiş yekun qiyməti müqayisə etməklə bitir. Lakin burada da tamaşaçılar yenidən məzxərəyə qoyulur. Belə ki, videoda alınmış məhsulların tam siyahısı göstərilmir, tamaşaçılar yalnız yekun qiymətlə kifayətlənməli olurlar. Bütün bunlar qeyri-təbii və cəfəng görünür.
Beləliklə, “Tərəzi” layihəsi saytlarda yerləşdirilməsi üçün müəllifin pul ödəməsi müqabilində olan quramadır.
Həqiqətən də, çoxdandır ki, cəmiyyətimizdə bu qəbildən olan verilişlər çatışmır. Müəlliflərin peşəkar yanaşması və obyektivlik şərtlərinə riayət olunarsa azərbaycanlı istehlakçılar üçün olduqca faydalı veriliş olar.
Lakin, “Revizorro” əvəzinə, kustar üsulu ilə hazırlanmış bu cür veriliş ərsəyə gələndə, o zaman istahlakçıların fikirləri idarə edilərək, onlar məzxərəyə qoyulur.
Bəlkə tamaşaçıya hörmət edək və onu informasiya zibilliyində qərq olmağı dayandıraq?
1news.az