Türkiyədə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 22 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 22 nəfər yaralanıb

15:48 - 01 / 05 / 2016
Türkiyədə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 22 nəfər yaralanıb

Türkiyədə Gaziantep şəhərində bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 22 nəfər yaralanıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla məlumat verir ki, yaralıların 18-i polis əməkdaşı, 4-ü mülki şəxsdir. Yaralı polislərdən 3-nün durumu ağırdır.

Terror aktının 1-i canlı bomba olmaqla, 3 İŞİD terrorçusu tərəfindən həyata keçirildiyi iddia olunur. Canlı bombanın bomba yüklü avtomobili partlatdığı, digər 2 terrorçunun polislərə atəş açdıqdan sonra avtomobillə hadisə yerindən qaçdığı bildirilir.

Paylaş:
712

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər