Həsən Ruhaninin tərəfdarları ikinci mərhələdə qalib gəlib
İranda keçirilən parlament seçkilərinin ikinci mərhələsinin yekunları açıqlanıb.
İranın Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, 290 yerlik parlamentdə boş qalan 68 yer üçün aprelin 28-də təkrar seçki keçirilib.
Seçkilərin nəticəsində boş qalan 68 yerin 38-ni prezident Həsən Ruhaninin tərəfdarları, 18 yeri mühafizəkarlar, 12 yeri isə müstəqil namizədlər qazandıblar.
666