Türkiyədə növbəti terror aktı tördilib
Türkiyənin Diyarbəkir vilayətinin Diclə rayonunda Kürd Fəhlə Partiyası (PKK) tərəfdarlarının mayın 1-də törətdikləri növbəti terror aktı nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.
1news.az-ın Türkiyə KİV-inə istinadla verdiyi xəbərə görə, bu terror aktı bomba yüklü avtomobilin rayondakı polis məntəqəsinə çırpılması ilə törədilib.
Partlayışın ardından polis məntəqəsi terrorçular tərəfindən atəşə tutulub. Əraziyə çox sayda təcili tibbi maşın gəldiyi bildirilir.
1news.az
634