“Yapı Kredi Bank Azərbaycan”dan avtomobili olanlara şad xəbər! - FOTO
Türkiyənin ən böyük şirkətlər qrupu “Koç Holding” və Avropanın ən böyük bankçılıq qruplarından biri olan “Unicredit” bankının əsas səhmdarı olduğu “Yapı Kredi Bank Azərbaycan” yeni kampaniyaya başlayır.
Kampaniya çərçivəsində avtomobili olan sürücülər əla fürsətdən yararlanacaqlar.
Kampaniya şərtlərinə əsasən, AZN əmanəti yerləşdirən hər bir fiziki şəxs müştəriyə avtomobili üçün “Yapı Kredi Bank Azərbaycan”dan 75 AZN dəyərində PAŞA Sığortanın İcbari Sığortası hədiyyə ediləcək.
İcbari Sığorta Əmanət yerləşdirilən tarixdən 1 ay sonra və ya müştərilərin hazırki İcbari Sığortalarının bitəcəyi tarixdə hədiyyə ediləcək. Vaxtından əvvəl ləğv edilən əmanətlər üçün İcbari Sığorta hədiyyə edilməyəcək.
Əmanətlər sığortalıdır!
“Yapı Kredi Bank Azərbaycan”a həm pulunuzu rahatlıqla etibar edə, həm sizə uyğun təkliflə qarşılaşa, həm də yüksək gəlir əldə edə bilərsiniz.
Qeyd edək ki, AZN valyutası üzrə illik 12%-lə yatırılan əmanətlər məbləğindən asılı olmayaraq sığortalıdır.
Kampaniya haqqında ətraflı məlumatı bankın *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.