Türkiyədə avtobusda hadisə: qadınlar kişini cinsi təcavüzə görə döyüblər – FOTO -VİDEO
Türkiyənin Basiskələ şəhərində avtobusda drammatik hadisə baş verib.
Belə ki, 34 yaşlı sərnişin yanındakı qadına öz cinsi orqanının göstərib. Nəticədə də qadın həmin kişini təhqir edərək üzünə sillə vurmaqla cavab verib.
Tez bir zamanda avtobusun digər qadın sərnişinləri də ona qoşularaq kişini döyməyə başlayıblar. Hər tərəfdən zərbələrin çoxalmasını görən kişi geri çəkilmək istəyib. Lakin şahidlərin sözlərinə görə, avtobus sürücüsü qapıları yalnız polis məntəqəsinin qarşında açıb.
İfadəsi alındıqdan sonra kişi sərnişin həbs olunub və hazırda da nəzarət altındadır. İnsident avtobusun müşahidə kameralarına yazılıb. Bunu təhlükəsizkik xidməti tədqiqatın gedişi üçün polisə verib.
Lakin Facebook sosial şəbəkəsində hadisə ilə bağlı video yayımlandıqdan sonra istifadəçilər gənci günahsız hesab ediblər. Bəziləri isə kişi sərnişinin zərbələrdən yayınmamasını hadisənin nədən baş verdiyini anlamadığından bildiriblər, sadəcə olaraq o, avtobusu tərk etmək istəyib.
Daily Mail