Rasim Musabəyov: “İndi ermənilər hər hansı bir, hətta kiçik hərbi uğur qazanmaq üçün baş sındırırlar” | 1news.az | Xəbərlər
Müsahibə

Rasim Musabəyov: “İndi ermənilər hər hansı bir, hətta kiçik hərbi uğur qazanmaq üçün baş sındırırlar”

15:32 - 05 / 05 / 2016
Rasim Musabəyov: “İndi ermənilər hər hansı bir, hətta kiçik hərbi uğur qazanmaq üçün baş sındırırlar”

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.

Dövlətimizin başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gələrək oradakı şəraitlə maraqlanıb. Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandanı qoşunların təmas xəttində baş verən son yeniliklərlə tanış edib. 

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar. Ermənilərin törətdiyi vəhşiliklər nəticəsində Tərtərin yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov dövlət başçısının cəbhəyanı bölgələrə səfəri ilə əlaqədar fikirlərini bölüşərək, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir sıra sualları cavablandırıb. 

- Ali Baş Komandan İlham Əliyev cəhbəyanı bölgəyə səfər edərək oradakı vəziyyətlə birbaşa maraqlandı. Bu, istər hərbi şərait, istərsə də təmas xəttinə yaxın rayonlardakı sakinlərlə bağlı idi. Bununla belə, dövlət başçısı yerindəcə bir sıra sərəncamlar verdi. Əlbəttə ki, oradakı sakinlər təklükə ilə üzbəüzdürlər və Prezidentin səfəri xalqın ruh yüksəkliyini daha da artırır. Bu, çox vacibdir.

- Bilirsiniz, Azərbaycan Ermənistanın təxribatlarına qətiyyətlə cavab verən kimi, bu zaman dünya ictimaiyyəti, eləcə də ATƏT-in Minsk qrupunun həmsədr-ölkələri hər iki tərəfə müraciət edərək güc tətbiq olunmasının qəbuledilməzliyini vurğulayırlar.

Lakin atəşkəs rejiminin yenilənməsinə baxmayaraq ki, erməni tərəfi Azərbaycanın yaşayış məntəqələrini güclü artilleriya silahlarından atəşə tutur. Bundan əlavə, Ermənistana qarşı güc tətbiq etməmək barədə cür fəaliyyətlər müşahidə olunmur. Bunu necə anlamaq olar?

- Həmsədrlər birbaşa olaraq ünvanlı danışmırlar. Onlar bir dəfə də olsun nə Azərbaycanı, nə də Ermənistanı işarə ilə göstərməyiblər. Onlar prinsip etibarilə atəşkəs rejiminin qorunmasına çalışırlar... 

- Aydındır ki, işğal olunmuş Azərbaycan torpaqlarında son hadisələrdən sonra bütün Ermənistan və onun rəhbərliyi şok vəziyyətinə düşüb və tamamilə rasional olaraq fəaliyyət göstərirlər. Təxribatların davamını gözləyək mi?

- Əlbəttə. Hesab edirəm ki, indi ermənilər Azərbaycanla danışıqlardan əvvəl hər hansı bir, lap kiçik də olsa hərbi uğur qazanmaq üçün baş sındırırlar ki, gələcək danışıqlar prosesində güc mövqeyndə çıxış edə bilsinlər. Düşünürəm ki, hərbi və siyasi rəhbərliyimiz bunu aydın başa düşür və düşmənin istənilən təxribatçı əməllərinə ciddi zərbələr vurmağa hazırdır.

- Və son sual. Danışıqlar prosesi hansı mərhələdədir? İşğal olunmuş rayonların qaytarılması ilə bağlı bir sıra məlumatlar yayılıb...

- Tələsmək lazım deyil. Rusiya XİN-in səsləndirdiyi bir sıra təkliflər var, lakin bunlar erməni tərəfi ilə müzakirə olunmayıb. 

Azərbayvanın mövqeyi ermənilərin işğal olunmuş ərazilərdən tamamilə çıxarılmasından ibarətdir. Bütün ərazilərdən. Bütün bunlar hansı nəticələr verəcək və ya hansı formada keçəcəyi müzakirə olunacaq, lakin Azərbaycanın tələbi birdir - Ermənistan SQ Azərbaycan topraqlarını tərk etməlidir. Hazırda yalnız bir sual müzakirə olunur – erməni qoşunlarının torpaqlarımızdan çıxarılması.

Vəssalam. Azərbaycan üçün istənilən nizamalanma Ermənistan SQ-nın işğal olunmuş ərazilərdən çıxarılması nəticəsi ilə başlayır. Bu danışıqların məğzi bundan ibarətdir – təhlükəsizlik, sülh və s. tədbirləri qorunmaqla erməni qoşunalarının Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılması.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər, Bərdə və Ağdam rayonlarında olub - FOTO

Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan yaralılara baş çəkib – FOTO

Ali Baş Komandan, Prezident İlham Əliyev Tərtər rayonundakı “N” saylı hərbi hissədə olub - FOTO

İlham Əliyev ermənilərin artilleriya atəşləri nəticəsində Tərtərdə dağılmış evlərlə tanış olub – FOTO

Ağdam rayonunun təmas xəttində yerləşən Mahrızlı kəndinin sakinləri ilə görüş - FOTO

1news.az

 

Paylaş:
1890

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər