Davudoğlu: “AKP sədri vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm” | 1news.az | Xəbərlər
Dünya

Davudoğlu: “AKP sədri vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm”

17:28 - 05 / 05 / 2016
Davudoğlu: “AKP sədri vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm”

Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib ki, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsinə namizədliyini irəli sürməyəcək.

1news.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu seçimini o müəyyən prinsiplərinin olması ilə izah edib.

Davudoğlu öz çıxışına xalqa müraciətlə başladı: Mənim əziz xalqım. Sizi baş nazir və AKP-nin sədri kimi salamlayıram. Son 25 il ərzində biz köklü dəyişikliklər yaşadıq. Mənim üçün böyük fəxr idi ki, xalqıma həm elm xadimi, həm, nazir, həm də baş nazir kimi xidmət etdim.Bu vəzifəni mənə liderimiz Rəcəb Tayyib Ərdoğan tapşırıb.

Davudoğlu 22 may tarixində AKP-nin fövqəladə toplantısının keçiriləcəyini bildirib.

“Toplantı zamanı mən partiya sədrliyinə öz namizədliyimi irəli sürməyəcəyəm”,- öz seçimini Davudoğlu hələ elm xadimi kimi çalışdığı zamandan müəyyən prinsiplərinin olması ilə izah edib.

Onun sözlərinə görə, ötən vaxt ərzində onun ən böyük vəzifəsi partiyada birliyin təmin olunması idi. “Bütün həmkarlarıma təşəkkür edirəm. Onlar bu işdə mənə yardım etdi. Bizim partiyamız gələcək cağırışlara hazırdır. Mən isə sıravi üzv kimi onun bütün tapşırıqlarının yerinə yetirilməsinə yardımçı olacağam”,- Davudoğlu bildirib.

1news.az

 

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər