Pan Gi Mun: “2050-ci ildə dünyada miqrantların sayı 321 milyona yaxınlaşacaq”
Hazırkı artım tempi dəyişməz qalsa, XXI-ci əsrdə dünyada miqrantların sayı 320 milyonu ötəcək.
1news.az-ın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibi Pan Gi Munun miqrasiya məsələlərinə həsr olunacaq beynəlxalq forum üçün hazırladığı məruzədə deyilir.
Məruzədə qeyd olunur ki, 2015-ci ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı 244 milyona çatıb. Bu, 2000-ci ilin göstəricilərindən 71 milyon və yaxud 41% çoxdur. “Proqnozlara əsasən, dünya əhalisinin sayı artmaqda davam edəcək və 2050-ci ildə 9,7 milyarda çatacaq. Miqrantların sayı isə dünyada 321 milyona yaxınlaşacaq”, sənəddə vurğulanıb.
Miqrantların sayının artmasına səbəb kimi hərbi münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, təbii fəlakətlər, ətraf mühitin pozulması və s. göstərilir.
1news.az