Lavrov və Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri aralarında aparılmış telefon danışığı zamanı digər məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər.
1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, Lavrov və Kerri telefon danışığı zamanı Suriyadakı vəziyyətin nizamlanmasına dair məsələləri müzakirə ediblər.
Tərəflər həmçinin Fələstin-İsrail nizamlanmasını müzakirə ediblər.
Rusiya XİN-in məlumatına görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
1news.az
519