Sarkisyan: “Vyanada danışıqlar masası arxasındakı yerlər əvvəldən razılaşdırılmamışdı” | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyan: “Vyanada danışıqlar masası arxasındakı yerlər əvvəldən razılaşdırılmamışdı”

17:50 - 17 / 05 / 2016
Sarkisyan: “Vyanada danışıqlar masası arxasındakı yerlər əvvəldən razılaşdırılmamışdı”

“Vyana görüşü zamanı iştirakçıların masalarda harada oturacağı əvvəlcədən danışılmamışdı”- bunu jurnalistlərə açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyan bildirib.

Qeyd edək ki, bazar ertəsi Avstriyanın paytaxtında hərbi əməliyyatlardan sonra ilk dəfə olaraq Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutub. Görüşdə  ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri iştirak edib.

Görüş zamanı Rusiya nümayəndə heyətinin masa arxasında ermənistan tərəfinin yanında əyləşdiyini çoxları müşahidə etdi. Belə ki, Rusiya XİN sədri Sergey Lavrov Sarkisyanın sağında oturmuşdu.

“Əvvəlcədən belə bir razılaşma yox idi. Düşünmürəm ki, hazırkı reallıqda bu o qədər də əhəmiyyətli məsələ olsun”,- Sarkisyan bildirib.

1news.az

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər