Bakı Limanı nüfuzlu Beynəlxalq Limanlar Assosiasiyasının konfransına ev sahibliyi edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Limanı nüfuzlu Beynəlxalq Limanlar Assosiasiyasının konfransına ev sahibliyi edəcək

12:17 - 17 / 05 / 2016
Bakı Limanı nüfuzlu Beynəlxalq Limanlar Assosiasiyasının konfransına ev sahibliyi edəcək

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndə heyəti 88 ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Port and Harbors - IAPH) Panamada keçirilən illik konfransında iştirak edib.

1news.az-a limandan verilən xəbərə görə, konfrans zamanı IAPH-in direktorlar şurası yekdilliklə 2018-ci ildə illik konfransını Bakı şəhərində keçirmək qərarı veribdir. Qeyd edək ki, Bakı Limanı 2010-cu ildən etibarən IAPH-in tam hüquqlu üzvüdür.

IAPH-in baş katibi Susumu Naruse bu münasibətlə deyib ki, “IAPH dünyanın aparıcı limanları üçün əməkdaşlıq etmək və qarşılıqlı təcrübədən öyrənmək üçün gözəl platformadır. 2018-ci ildə keçiriləcək konfransımıza ev sahibliyi etmək üçün Bakı şəhərini seçdiyimiz üçün çox məmnunuq və Azərbaycana səfər edərək yeni Bakı Limanı və ətrafında gedən inkişafı öz gözümüzlə görməyi səbirsizliklə gözləyirik.”

IAPH-in prezidenti Santiago Garcia Mila isə öz növbəsində bu konfransın Azərbaycanda və ümumiyyətlə sürətli iqtisadi inkişaf yolu keçən regionda təşkilatın ilk tədbiri olduğunu vurğulayıb:

“İnanıram ki, dünyanın hər yerindən gələcək liman nümayəndələri Bakı Limanının Avrasiya məkanında nəqliyyat və logistika mərkəzinə çevrilmək istiqamətində gördüyü işlərlə tanış olmağa şad olacaqlar.”

Bakı Limanının baş direktoru Taleh Ziyadov IAHP-in illik konfransının Bakıda keçirilməsi qərarını mühüm hadisə kimi dəyərləndirib:

“Bakı Limanının bu tədbirə ev sahibliyi etməsi ölkəmizin tanıdılması baxımından əhəmiyyətlidir. Dünyanın müxtəlif limanlarından 500-dən çox qonağın 2018-ci ildə ölkə paytaxtına səfər etməsi gözlənilir. Qonaqlar yeni Bakı Limanı və Azad Ticarət Zonası (ATZ) ilə əyani tanış olmaqla yanaşı, ölkəmizin tarixi və mədəniyyəti haqqında daha geniş məlumat toplamaq imkanı əldə edəcəklər”.

Baş qərargahı Tokio şəhərində yerləşən IAPH 1955-ci ildən fəaliyyət göstərir və hər il keçirdiyi konfranslarda limanların dayanıqlıq və təhlükəsizlik məsələləri, innovativ avadanlıqlarının tətbiqi, ətraf mühitdə baş verən dəyişikliklərin limanlara təsiri, informasiya texnologiyaları və liman əməliyyatları və s. kimi mühüm mövzuları müzakirə olunur. Qeyd edək ki, 2015-ci ildə Hamburq şəhərində keçirilən illik konfransa 2017-ci ildə Bali şəhəri (İndoneziya) ev sahibliyi edəcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 17 mart tarixli Sərəncamı ilə yeni Bakı Limanı (Ələt terminalı) və ətrafında ATZ-in yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdi. Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır. 2017-ci ildən ATZ-in tam olaraq fəaliyyətə başlaması nəzərdə tutulub.

1news.az

Paylaş:
682

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər