Kapital Bank yeni Visa Dual Card məhsulunu təqdim etdi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank yeni Visa Dual Card məhsulunu təqdim etdi - FOTO

15:43 - 18 / 05 / 2016
Kapital Bank yeni Visa Dual Card məhsulunu təqdim etdi - FOTO

Kapital Bank və “Visa” şirkəti MDB və Cənubi Şərqi Avropada ilk dəfə olaraq debet və kredit kart funksiyalarını özündə birləşdirən Dual Card məhsulunu təqdim edib.

Yeni kartın çipində hər iki kartın nömrələri yazılıb ki, bu da kartdan həm kredit, həm də debet kart olaraq istifadə etmək imkanı yaradır. Kartların valyuta hesabları da müxtəlif ola bilər.

“Azərbaycan regionda bizim bu innovativ məhsulu buraxan ilk ölkədir. Ümid edirəm ki, istehlakçılar yeni məhsulun üstünlüklərini dəyərləndirəcəklər. Azərbaycanda bütün növ elektron ödəmələrin inkişafına müsbət təsir göstərəcək. Biz Azərbaycan iqtisadiyyatında nağdsız ödəniş formasının genişləndirilməsi ilə bağlı müasir ödəmə həllini yaratmaq üçün tərəfdaşlarımızla, dövlət orqanları və icra orqanları ilə bundan sonra da əməkdaşlıq etmək niyyətindəyik”- deyə, “Visa”nın Azərbaycan, Belarus və Moldova üzrə regional meneceri İqor Kovalyov bildirib.

“Kapital Bank ölkənin ən böyük banklarından biri olmaqla 90 filial və 2 şöbədən ibarət iri xidmət şəbəkəsinə malikdir. Bir sıra beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Kapital Bank 2003-cü ildən etibarən “Visa International” beynəlxalq ödəniş sisteminin üzvüdür. Kart məhsullarının təqdimatında və aksiyalarda “Visa” ilə sıx əməkdaşlıq edirik. Əminəm ki, bu layihə də Kapital Bank-a uğur gətirəcək”- deyə, Kapital Bank-ın Satış kanalları departamentinin direktoru Vüsal Nağıyev bildirib.

Qeyd edək ki, “Visa” kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
720

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər