“Capital Legal Services” Azərbaycanın hüquq bazarında mövqeyini gücləndirir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Capital Legal Services” Azərbaycanın hüquq bazarında mövqeyini gücləndirir

11:30 - 18 / 05 / 2016
“Capital Legal Services” Azərbaycanın hüquq bazarında mövqeyini gücləndirir

“Capital Legal Services” MMC (CLS) Azərbaycanda fəaliyyət göstərən yeni və aktiv hüquq şirkətidir. CLS-in təqdim etidyi xidmətlərə korporativ, kommersiya, bank və maliyyə hüququ, əmək qanunvericiliyi, hüquqi şəxslərin yenidən təşkili, miqrasiya, lisenziyalaşdırma və məhkəmə məsələləri daxildir.

Ənənəvi hüquqi xidmətlərilə yanaşı, CLS şirkətlərə korporativ idarəetmə, anti-inhisar, çirkli pulların yuyulmasına qarşı mübarizə və ətraf  mühitin mühafizəsi ilə bağlı məsələlərdə xidmət göstərir.

Vüqar Məmmədov 1 may 2016-cı il tarixdə CLS-in İdarəedici Partnyoru təyin edilib. O, fəaliyyətini şirkətin təcrübəsinin artmasına və strategiyasının tətbiqinə yönəldəcək. Bu təyinat CLS-in hüquq bazarında təcrübəsinin genişlərdirilməsi və daha aktiv bir şirkətə çevrilməsi üçün əhəmiyyətlidir. 

V.Məmmədovun “Böyük Dördlük” şirkətlərində 10 il iş təcrübəsi vardır. O, bu şirkətlərdə yerli və beynəlxalq şirkətlərə hüquq və vergi məsələləri ilə bağlı məsləhət xidmətləri göstərib. 

V.Məmmədovun “PricewaterhouseCoopers Azərbaycan”-da Hüquq üzrə menecer kimi və “Deloitte Azərbaycan”-da Hüquq departamentinin rəhbəri kimi peşəkar təcrübəsi enerji və təbii ehtiyatlar, tikinti və maliyyə sənayesi sahələrinə yönəlib. O, müştərilərinə Azərbaycanda biznes fəaliyyətinin təşkili, əmək, korporativ, kommersiya, həmçinin lisenziyalaşdırma məsələləri ilə bağlı hüquqi məsləhət verib.

CLS haqqında daha ətraflı məlumatı http://capitallegal.az/ internet səhifəsindən əldə edə bilərsiniz.

Ünvan:

Üzeyir Hacıbəyli küç., 62

Marine Plaza, 10-cu mərtəbə

Azərbaycan, Bakı, AZ 1010

Əlaqə:  

Tel:  +994 12 599 05 58

Mob: +994 51 241 52 55

E-mail: [email protected]

Paylaş:
796

Son xəbərlər

Bütün xəbərlər