An-12 yük təyyarəsinin həlak olan heyət üzvünün cəsədləri Bakıya gətirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

An-12 yük təyyarəsinin həlak olan heyət üzvünün cəsədləri Bakıya gətirilib

15:52 - 20 / 05 / 2016
An-12 yük təyyarəsinin həlak olan heyət üzvünün cəsədləri Bakıya gətirilib

Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan Silk Way aviaşirkətinin An-12 yük təyyarəsinin həlak olmuş yeddi heyət üzvünün cəsədləri bu gün Bakıya gətirilib və bundan sonra zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq.

1news.az-a Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından verilən məlumata görə, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə Silk Way şirkətindən icarəyə götürülmüşdü.

Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlmişdi və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşmüşdü. Təyyarənin göyərtəsində yük olmayıb.

Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub.

Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalmışdır. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir.

Bundan əlavə, qəzaya uğrayan An-12 təyyarəsinin “qara qutuları” Bakıya gətirilib və onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. “Qara qutuların” oxunması ilə Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə məşğul olacaq.

Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılmış komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirir.

Mövzu ilə əlaqədar oxuyun:

AR: Əfqanıstanda qəzaya uğrayan Silk Way-ə məxsus təyyərə hərbi əməliyyatla bağlı olmayıb – XƏRİTƏ – FOTO - YENİLƏNMƏ

Silk Way şirkətinə məxsus təyyarənin qəzasını təhqiq edən komissiya hadisə yerində iş aparır

1news.az

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər